Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər

Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın “Sputnik Türkiyə”yə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti Fərat çayının şərqində həyata keçirilməsi planlaşdırılan hərbi əməliyyatların Suriyanın sülh və stabilliyə qovuşmasına töhfələr verəcəyini vurğulayıb.

Telefon danışığı zamanı Türkiyə Prezidenti Rusiyanın bu prosesdə konstruktiv mövqeyini təqdir edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
31 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...