Çavuşoğludan İrəvana mesaj: Qarabağın həlli xeyrinizədir

Çavuşoğludan İrəvana mesaj:

Türkiyə hər zaman Azərbaycanı hər sferada dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşündə deyib. Onun sözlərinə görə, Qarabağın həlli məsələsi həmişə Türkiyənin gündəmindədir.

O, Türkiyəni daha çox Ermənistanın rəhbər şəxslərinin konfliktlə bağlı bəyanatlarının narahat etdiyini deyib.

Çavuşoğlu Qarabağ konfliktinin həllinin regional layihələrdən kənarda qalan Ermənistanın da xeyrinə olacağını bildirib.

Türkiyəli nazir, həmçinin, PKK terror təşkilatının tərkibində ermənilərin də olduğunu və onların vaxtaşırı yaxalandığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
533 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...