Ərdoğandan gözlənilməz açıqlama: ABŞ-a səfər...

Ərdoğandan gözlənilməz açıqlama:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də ABŞ-a planlaşdırılan səfəri barədə yekun qərar qəbul etmədiyini deyib.

Axar.az xəbər verir ki, Ərdoğan ABŞ-a səfərinin hələlik sual altında olduğunu bildirib.

Ötən həftə Rəcəb Tayyib Ərdoğan Prezident Donald Trampın dəvəti ilə noyabrın 13-də ABŞ-a səfər etmək niyyətində olduğunu demişdi.

Qeyd edək ki, rəsmi Ankara ABŞ Konqresinin Nümayəndələr Palatasının uydurma erməni soyqırımını tanıması və Türkiyəyə qarşı sanksiyalar barədə qərarının iki ölkənin strateji münasibətlərinə zidd olduğunu və bu münasibətlərə zərbə vurduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
523 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...