Davudoğlu AKP-dən 10 deputat qoparacaq

Davudoğlu AKP-dən 10 deputat qoparacaq
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından daha 10 millət vəkili ayrılaraq, Əhməd Davudoğlunun yaratdığı partiyaya qoşulacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Sözcü” qəzeti yayıb. Məlumata görə, gələcək günlərdə partiyadan ayrılma ehtimalının olması artıq AKP liderlərini narahat etməyə başlayıb.

Qəzet bu deputatların Davudoğlunun öz partiyasını elan etdikdən sonra hərəkətə keçəcəklərini qeyd edib.

Davudoğlunun partiyasını noyabrın sonu, dekabrın əvvəlində elan edəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...