Cəmil Həsənli 2 noyabr aksiyasının təxirə salınmasını təklif edib

Cəmil Həsənli 2 noyabr aksiyasının təxirə salınmasını təklif edib

Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənli MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib.

“Report”un xəbərinə görə, C.Həsənli bu barədə "facebook" hesabında yazıb.

C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
500 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...