Bəşər Əsəd: “Tramp ABŞ-ın ən yaxşı prezidentidir”

Bəşər Əsəd: “Tramp ABŞ-ın ən yaxşı prezidentidir”


“Qəribə səslənə bilər, lakin düşünürəm ki, Donald Tramp ABŞ-ın ən yaxşı prezidentidir. Bu, Trampın şəffaf siyasət yürütməsi ilə bağlıdır”

APA-nın xəbərinə görə, bunu Suriya Prezidenti Bəşər Əsəd yerli KİV-ə müsahibəsində deyib.

O bildirib ki, bütün ABŞ prezidentləri hər cür siyasi vəhşilik və cinayətlər törədiblər.

Suriya Prezidentinin sözlərinə görə, ABŞ prezidentləri Nobel mükafatı qazanırlar, özlərini insan haqları, nəcib və misilsiz Amerika dəyərlərinin müdafiəçisi kimi təqdim edirlər.

“Reallıq isə budur ki, onlar Amerika lobbisinin, yəni böyük neft və silah şirkətlərinin maraqlarını təmsil edirlər. Tramp isə açıq şəkildə deyir ki, istədiyimiz neftdir. İkinci Dünya müharibəsindən bəri Amerika siyasətinin reallığı budur. Şəffaf siyasət yürüdən rəqibdən başqa bizə daha nə lazımdır? Fərq yalnız bu formadadır, reallıq isə eynidir”, - deyə B. Əsəd vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
506 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...