Türkmənistanlı spiker Şəhidlər xiyabanını ziyarət etdi -

Türkmənistanlı spiker Şəhidlər xiyabanını ziyarət etdi -

Türkmənistan Məclisinin sədri Gülşad Məmmədova Azərbaycana səfərə gəlib.

Axar.az xəbər verir ki, Türkmənistan Məclisinin Sədrini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi Sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycanda səfərdə olan Türkmənistan Məclisinin Sədri Gülşat Məmmədova noyabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Türkmənistan Məclisinin Sədri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Türkmənistanlı spiker Şəhidlər xiyabanını ziyarət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...