Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı

Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı

Tanınmış qərb informasiya resursu Bellingcat Azərbaycanla Gürcüstan arasında münasibətləri zədələməyə hesablanmış təxribata əl atıb. Virtualaz.org xəbər verir ki, bu saytın Avstraliyada mənzillənmiş araşdırmaçısı Masis İngilisyan Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələrinin Ermənistanla sərhəddə mövqelərini irəli çəkərkən Babakər dağı tərəfdə Gürcüstan ərazisinə keçib orada post qurduqlarını iddia edib. Və öz iddiasını peyk fotoları ilə möhkəmləndirməyə çalışıb.

Babakər dağı Azərbaycan, Ermənistan və Gürcüstan sərhəd üçbucağında yerləşir. Bu ilin yayında DSX həmin istiqamətdə mövqelərini irəli çəkərək yeni strateji yüksəklikləri nəzarətə götürüb, o cümlədən Babakər dağında möhkəmlənərək Ermənistan ordusunun mövqelərinə, o cümlədən strateji nəqliyyat infrastrukturlarına nəzarət imkanı qazanıb.

Avstraliyadan Azərbaycan- Gürcüstan sərhədinə uzanan erməni barmağı


“Bellingcat” saytının məlumatı tezliklə Gürcüstan resurslarında da tirajlanıb, amma proses zamanı ilkin mənbə “yaddan çıxıb”. Hətta erməniyönümlü saytlardan birinə istinad verilib və orada müəllifin də adı göstərilib. Xəbər Gürcüstan əhalisi arasında həyacana səbəb olub.

“News Front” adlı Rusiya saytının gürcü redaksiyası bildirir ki, yerli KİV-lər “Bellingcat”ın məlumatının aşkar yalan olduğunu bilsələr də susublar, qərb saytını təkzib etməməyi üstün tutublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...