Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb - SİYAHI

Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-ə çatıb -
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir partiyanın - Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

"Report xəbər verir ki, iclasda Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndəsinin bələdiyyə seçkilərində iştirakı səsverməyə çıxarılaraq qəbul olunub.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 13-ə çatıb.

Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Vəhdət Partiyasının bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...