“Sözünüz yarımçıq qalanda yaxşı çıxmır” - Oqtay Əsədov

“Sözünüz yarımçıq qalanda yaxşı çıxmır” -

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.

“Report” xəbər verir ki, iclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”- deyə spiker əlavə edib.

Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...