Milli Məclisin iclası başlayıb, Prezidentə müraciət olunacaq

Milli Məclisin iclası başlayıb,

Milli Məclisin dekabrın 2-ə təyin olunan plenar iclas başlayıb...

Spiker Oqtay Əsədovun sədrli ilə keçirilən iclasın gündəliyində bir məsələnin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, bugünkü iclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə məsələyə baxılacaq.

***

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

İclasın gündəliyinə yalnız bir məsələ daxildir.

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
495 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...