Milli Şura seçkiyə qatılacaq?

Milli Şura seçkiyə qatılacaq?
Milli Şura parlamentin buraxılması nəticəsində keçiriləcək növbdənkənar seçkilərlə bağlı bəyanat yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bəyanatda qeyd olunub ki, seçkidən öncə bu sahədə bəzi islahatlar aparılsa, Milli Şura seçkidə iştirak edəcək.

MŞ burada seçki öncəsi təbliğat vasitələri ilə bağlı bir neçə istəklər irəli sürüb.

- Seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmalıdır;
- Namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı);
- Bərabər təbliğat imkanları, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır;
- Sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməlidir;
- Seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir;
- Seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır;
- Siyasi məhbuslar azad edilməlidir.

Sonda isə əlavə olunub ki, bu istəklər reallaşmasa, MŞ seçkiləri boykot edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...