Qanunverici hakimiyyət islahatlardan kənarda qalmamalıdır - Çingiz Qənizadə

Qanunverici hakimiyyət islahatlardan kənarda qalmamalıdır -

"Qanunverici hakimiyyət islahatlardan kənarda qalmamalıdır".

Modern.az xəbər verir ki, bu fikirləri "Xalq" qəzetinə məlumatında hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə parlamentin buraxılması ilə əlaqədar məsələyə münasibət bildirərkən deyib:

“V çağırış Milli Məclisin buraxılmasına dair Yeni Azərbaycan Partiyası Siyasi Şurasının təşəbbüsü parlamentin dünən keçirilən iclasında müzakirə olundu və demək olar ki, yekdilliklə bəyənildi. İclasda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələyə baxıldı və rəğbətlə qarşılandı. Bunu müzakirəyə çıxarılan qərar layihəsinə münasibətin nəticəsi də təsdiqlədi. Səsvermə nəticəsində 99 nəfər lehinə, 1 nəfər əleyhinə səs verdi. Bir nəfər bitərəf qaldı, 1 nəfər isə səs vermədi. Bütün bunlar bir daha təsdqiləyir ki, Milli Məclisin yenilənməsi vacibdir. Çünki dövlətimizin başçısının müəllifi olduğu islahatlar kursunun ölkə qanunvericiliyinin orqanında da dərinləşməsinə və günümüzün tələblərinə uyğun olaraq yenilənmiş parlamentin formalaşmasına yardım edəcək”.

Çingiz Qənizadə Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağl keçirilən tədbirdə dövlətimizin başçısının aparılan islahatların şərhi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq dedi ki, cənab Prezident qəti olaraq bildirdi ki, islahatlar bizim şüurlu seçimimizdir:

“Struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır”.

Ç. Qənizadənin fikrincə, ölkə başçısının anonsunu verdiyi daha böyük islahatlardan biri məhz Milli Məclisin yenilənməsidir. Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib. Onun sözlərinə görə, Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır: “Şəxsən mənim üçün parlamentin buraxılmasında təəccüblü heç nə yoxdur. Bu, dövlət başçısının həyata keçirdiyi köklü islahatların tərkib hissəsidir. Qanunverici hakimiyyətin buraxılması, parlamentin yenidən formalaşması inkişafımıza təkan verəcək. Parlament islahata kömək etməlidir. Etiraf edək ki, hazırkı parlamentdə durğunluq elementləri var idi. Buna görə də parlamentin yenilənməsi zərurəti yarandı. Bu, dünya praktikasına tam uyğundur”.

Ç.Qənizadə bildirdi ki, biz bütün məsələlərdə monolit olmuş və ölkə başçısına dəstək vermişik. Dövlətimizin başçısının həyata keçirdiyi islahatların əsas məqsədi əhalinin həyat səviyyəsinin indikindən də yüksək olması, idarəetmədə yeni modelin yaradılması, Azərbaycanın dünya birliyinə inteqrasiyasının daha da sürətlndirilməsidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
538 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...