"Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinə yardım edəcək"

"Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinə yardım edəcək"

"Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycan ilə Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda danışıqlar prosesi olmazdı.

"Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik", - M.Zaxarova bildirib.

Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana bu yaxınlarda etdiyi səfəri şərh edən M.Zaxarova danışıqlardakı ab-havanın konstruktiv olduğunu vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...