Səməd Seyidov seçki dairəsini niyə dəyişir? - “Bu gün biləcəksiniz”

Səməd Seyidov seçki dairəsini niyə dəyişir? -

“Hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər. Qüdrət Həsənquliyevin də istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”.

Bu fikirləri Modern.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Səməd Seyidov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin onun deputat olduğu dairədən - 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini verməsi xəbərinə münasibət bildirərkən deyib.

Səməd Seyidovun sözlərinə görə, onun özünün namizədliyini irəli sürüb-sürməməsi Yeni Azərbaycan Partiyasının açıqlayacağı siyahıdan asılıdır:

“Bildiyiniz kimi, YAP-ın üzvüyəm. Bu gün ərzində YAP-ın siyahısı açıqlanmalıdır. O zaman həmin siyahıda adımın olub-olmayacağını siz də biləcəksiz. Əgər YAP-ın siyahısında adım olarsa, o zaman hansı dairədən namizədliyimi verəcəyim də bəlli olacaq”.

Yayılan xəbərlərə görə, V çağırış Milli Məclisin deputatı Səməd Seyidov bu dəfə başqa dairədən namizədliyini irəli sürəcək. YAP-ın onu 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsinə göndərəcəyi söylənilir.

Qeyd edək ki, 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsini V çağırış Milli Məclisdə bitərəf deputat Ülviyyə Ağayeva təmsil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...