Araz Əlizadə növbəti parlament seçkilərinə qatılmaya bilər - AÇIQLAMA

Araz Əlizadə növbəti parlament seçkilərinə qatılmaya bilər -

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə növbəti parlament seçkilərində iştirak etməyə bilər.

Bu barədə Unikal.org-a Araz Əlizadənin özü məlumat verib. O vurğulayıb ki, səhhətində yaranan problemlə bağlı bir neçə gün öncə xəstəxanaların birində əməliyyat olunub:

“Hazırda müalicələrim davam edir. Səhhətim imkan verərsə, növbəti parlament seçkilərinə qatılacam. Amma bunu dəqiq deyə bilmirəm”.

A.Əlizadə vurğulayıb ki, günlərdə rəhbəri olduğu Azərbaycan Sosial Demokrat Partiyasının toplantısı keçiriləcək: “Toplantıda neçə nəfər və kimlərlə seçkiyə qatılacağımız məlum olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...