MSK sədri: "Bizim üçün nə fərqi var ki, seçkilərdə 500 və ya 1000 namizəd iştirak edəcək"

MSK sədri: "Bizim üçün nə fərqi var ki, seçkilərdə 500 və ya 1000 namizəd iştirak edəcək"
"Əmlakla, gəlirlər bağlı olan məsələlər birbaşa namizədlərin məsuliyyətində olan məsələdir. Burada dairələrin heç bir məsuliyyəti yoxdur".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Maksimum dərəcədə çalışırıq ki, müraciətləri namizədin xeyrinə qəbul edək. Əmlak barəsində olan çatışmazlıqlar barəsində qərarı ləğv etmək mümkün deyil. Bizim üçün nə fərqi var ki, seçkilərdə 500 və ya 1000 namizəd iştirak edəcək. Hər bir namizəd əmlakı və gəlirləri ilə bağlı məlumat verməlidir”, - MSK sədri əlavə edib..



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
508 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...