İndiyədək 557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

İndiyədək 557 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə müraciət edən 2330 nəfərdən 2203-nün namizədliyi artıq təsdiq olunub.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, onlardan 2075 nəfəri isə imza vərəqələrini artıq götürüb, 874 nəfəri qaytarıb, 557-in isə namizədliyi qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...