Avropa Şurasının Bakı Ofisi seçkilərlə bağlı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

Avropa Şurasının Bakı Ofisi seçkilərlə bağlı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib
“Seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır”.
“Report” xəbər verir ki, bunu "Seçkinin mediada isıqlandırlması" mövzusunda keçirilən tədbirdə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes deyib.
Onun sözlərinə görə, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib: “Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Media üçün şərait yaradılmalıdır. Başqa sözlə, həm dövlət, həm də özəl media qurumları seçki prosesinə cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mərkəzi Seçki Komissiyasına, Mətbuat Şurasına və digər qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.
Z.Hernyes həmçinin bildirib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...