MSK Gülər Əhmədovaya “yox” dedi

MSK Gülər Əhmədovaya “yox” dedi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, G. Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib:“G. Əhmədova iddia edir ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib. Dairə seçki komissiyası namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib”.

MSK -nın ekspert qrupu müraciəti araşdırıb və məlum olub ki, 161 imzadan 125-i etibarsızdır. Buna görə də, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...