Lavrov müxalifəti prezidentə qarşı qaldırdı: İclasdan imtina

Lavrov müxalifəti prezidentə qarşı qaldırdı:

Gürcüstan hökuməti bu ilin mayında Tbilisidə keçirilməsi planlaşdırılan Avropa Şurası Nazilər Komitəsinin iclasından imtina edə bilər.

Cebhe.info xəbər verir ki, buna səbəb Rusiya xarici işlər naziri Sergey Lavrovun iclasda iştirak ehtimalıdır. Əgər Lavrovun iştirakı təsdiqlənərsə, rəsmi Tbilisi konfransdan imtina edəcək.

Çünki Gürcüstan qanunlarına görə, Lavrov bu ölkəyə gələ bilməz. O, rəsmi Tbilisi ilə razılaşdırmadan Abxaziya və Cənubi Osetiyaya səfər edib.

“Rustavi2” telekanalının xəbərinə görə, Prezident Salome Zurabişvili sammit xatirinə qanundan yan keçməyə hazır olduğunu deyib. Ancaq müxalifət bununla raızlaşmayıb və kütləvi aksiyalarla təhdid edib.

Gürcüstan Avropa Şurası rəhbərliyindən sammitin Fransanın Strasburq şəhərində keçirilməsini xahiş edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...