Parlament seçkilərini müşahidə edənlərin sayı AÇIQLANDI

Parlament seçkilərini müşahidə edənlərin sayı
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 77721 yerli müşahidəçi akkreditasiyadan keçib.

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov məlumat verib.

M.Pənahov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Xatırladaq ki, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi yanvarın 30-dək olan dövrü əhatə edib. Müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparmaq üçün isə vətəndaşlar ərizələrini müvafiq dairə seçki komissiyasına fevralın 4-dək təqdim etməli idilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
504 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...