Beynəlxalq müşahidəçilər: “Azərbaycanda seçkilər azad şəkildə keçirilir”

Beynəlxalq müşahidəçilər:

"Bu saata qədər seçkilərdə heç bir problem aşkarlamamışıq".

Gundeminfo.az bildirir ki, bunu APA-nın şimal bürosuna açıqlamasında Qubada seçkiləri izləyən beynəlxalq müşahidəçi Julius Lajtha bildirib.

"Bu, bizim müşahidə etdiyimiz ikinci səsvermə məntəqəsidir. Biz adətən bülleten sayını, qutuların boş olub-olmadığını, səsvermə məntəqəsində reklam plakatlarının qalıb-qalmadığını yoxlayırıq. Bu vaxta qədər heç bir problem aşkarlamamışıq. Qaydalara riayət olunur".

Digər beynəlxalq müşahidəçi Banks Peter Douglas isə qeyd edib ki, seçkilər azad şəkildə keçirilir: "Burada, Azərbaycanda olmaq bizim üçün xoş idi. Hər şey bizim görmək istədiyimiz kimidir. Seçkilər azad şəkildə keçirilir və biz səsvermə məntəqələrində hər hansı ədalətsizliyi görə bilmədik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...