Deputatlığa namizədlərin mitinqinə icazə verildi

Deputatlığa namizədlərin mitinqinə icazə verildi

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən gundeminfo.az-a verilən məlumata görə, müraciətə baxılıb və mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçki ilə bağlı Bakı şəhərində "28 May" metrostasiyasının qarşısındakı meydanda (Cəfər Cabbarlı heykəlinin qarşısı) mitinq keçirilməsi üçün BŞİH-ə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
522 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...