Araz Əlizadə 35 saylı dairədən namizədliyini irəli sürə bilər - "Seçicilər İqbal Ağazadəni istəmirlər"

Araz Əlizadə 35 saylı dairədən namizədliyini irəli sürə bilər -

V çağırış Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə növbəti dəfə də 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürə bilər.

A.Əlizadə Pravda.az-a açıqlamasında deyib ki, bu addımı sağlamlığı tam bərpa olunarsa, atacaq: “Mən sağlamlığımı zərbə altında qoya bilmərəm. Sağlamlığım tam bərpa olunarsa və təkrar seçkilər keçirilərsə, növbəti dəfə də 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyimi irəli sürə bilərəm. Hazırda müalicələrim davam etdirilir, səhhətimdə irəliləyiş var".

Partiya sədri qeyd edib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar fevralın 9-da keçirilən səsvermə tam demokratik olub: “Bütün seçkilərdə müəyyən qüsurlar ola bilər. Bu seçkilərdə də 4 seçki dairəsində neqativ hallar qeydə alındığına görə həmin dairələrin nəticələri ləğv edildi. İqbal Ağazadə hər dəfə uduzanda, cığallıq edir. O, 2015-ci ilin parlament seçkilərində 35 saylı Xətai üçüncü, 2016-cı ildə təkrar seçkilərdə 90 saylı Ağdaş, bu il keçirilən növbədənkənar parlament seçkilərində də 35 saylı Xətai üçüncü seçki dairələrində məğlub oldu. Bilməlidirlər ki, seçicilər onları istəmirlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
526 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...