Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ

Məzahir Pənahovla deputatlığa namizəd arasında

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahovla deputatlığa namizəd arasında mübahisə yaranıb.

Modern.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətini dinləyib.

Namizədin şikayətində 40 saylı Kəpəz ikinci seçki dairəsi əvəzinə 32 saylı Suraxanı üçüncü seçki dairəsinin adını yazması MSK sədrinin iradına səbəb olub.

M.Pənahov namizədə Gəncə ilə Suraxanını qarışdırmasının səbəbini soruşduqda, şikayətçi bunun texniki səhv olduğunu bildirib. MSK sədri isə müraciətdə belə səhvlərin olmasının namizədin iddialarına inamın azalması ilə nəticələnə biləcəyini deyib.

S.Zeynalova isə cavabında “Məzahir müəllim, necə olur ki, siz texniki səhvi görürsünüz, amma dairələrdəki qanun pozuntuları haqda danışmırıq” deyə sual edib.

Şikayətçini dinləyən MSK sədri namizədlərin vaxtında komissiyaya müraciət etməli olduğunu bir daha xatırladıb:

“MSK-nın zamanla uyğunlaşmayan, müddəti keçmiş şikayətə baxmaq hüququ yoxdur. Qarşı tərəf gecikmiş şikayətə görə məhkəməyə müraciət edə bilər. Bizim xoş niyyətimiz qanunu pozmağımıza səbəb ola bilməz”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
158 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...