MSK Mixail Zabelinin dairəsi üzrə müraciətə baxdı

MSK Mixail Zabelinin dairəsi üzrə müraciətə baxdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

"Report" xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib. O bildirib ki, namizəd Baxışov Qəzənfər İsamməd oğlu tərəfindən edilən müraciətdə həmin dairə üzrə bütün seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia olunub.

MSK üzvü qeyd edib ki, şikayət aidiyyəti üzrə dairə seçki komissiyasına göndərilib: "DSK tərəfindən aparılan araşdırmalar zamanı şikayətdə göstərilən hallar təsdiqini tapmayıb". R.İbrahimov şikayətin təmin olunmamasını təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub. MSK dairə seçki komissiyasının qərarını qüvvədə saxlayıb. Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
493 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...