MSK Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələrini ləğv edib

MSK Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələrini ləğv edib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 15 saylı Yasamal Birinci Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edilib və 15 saylı Yasamal Birinci Seçki Dairəsi üzrə 10, 19, 28 və 29 saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...