Yeni deputatlara vəsiqələrin veriləcəyi vaxt müəyyənləşib

Yeni deputatlara vəsiqələrin veriləcəyi vaxt müəyyənləşib

Milli Məclisin deputatı seçilmiş şəxslərə deputat vəsiqəsinin veriləcəyi vaxt məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Milli Məclisin ilk iclasında deputat seçilmiş şəxslərə deputat vəsiqəsi veriləcək.
Deputat vəsiqəsini Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilib.
Xatırladaq ki, V çağırış Milli Məclisin deputatlarına da deputat vəsiqəsi parlamentin ilk iclasında təqdim edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...