Aİ səfiri: “Koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır”

Aİ səfiri: “Koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır”

“Koronavirusun yayılması hamımızın həll etməyə çalışdığı qlobal məsələdir”.

Bunu “Report”a Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, koronavirusla mübarizənin ən yaxşı yolu əməkdaşlıqdır. Diplomat məlumat mübadiləsinin və yayılmanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin müzakirə olunmasının vacibliyini qeyd edib.

“Daha əvvəl Azərbaycanda bir neçə koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Bildiyiniz kimi, Avropada da koronavirus aşkar edilib. Biz burada, Azərbaycanda hökumətlə daim əlaqədə oluruq və hökumətin bu məsələ ilə bağlı keçirdiyi brifinqləri çox yüksək qiymətləndiririk”, - Aİ səfiri söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...