İlham Əliyev türkmənistanlı həmkarı ilə təktətək görüşdü - FOTO

İlham Əliyev türkmənistanlı həmkarı ilə təktətək görüşdü -
Azərbaycana rəsmi səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi olub.

“Gundeminfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
İlham Əliyev türkmənistanlı həmkarı ilə təktətək görüşdü -

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

***

Rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
507 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...