"Mən bu məsələnin əleyhinə səs verəcəyəm” - Erkin Qədirli

"Mən bu məsələnin əleyhinə səs verəcəyəm” -

Bu gün parlamentin iclasında Azərbaycanda yeni medalın təsis edilməsi haqda qanun birinci oxunuşda qəbul edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, qanun layihəsi Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə təklif edilib. Yubiley medalı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində döyüş əməliyyatlarında iştirak etmiş, faşist işğalçılarına qarşı gizli mübarizə aparmış, arxa cəbhələrdə çalışmış, həmin dövrdə SSRİ Silahlı qüvvələrində xidmət etmiş Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcək.

Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Deputat Erkin Qədirli çıxış edərək deyib ki, qanun layihəsi onlara təqdim edilərkən anlaşılmazlıq olub: “Koronavirusla bağlı görülən tədbirlər çərçivəsində biz də görüşmədən, votsap qrupunda müzakirə aparmışdıq. Mən də lehinə qərar verdim. Amma qrupa göndərilən şəkil rəngsiz idi, orada bayrağın rəngləri bilinmirdi. İndi görürəm ki, bayrağın şəkli rənglidir. Ona görə də komitədə lehinə səs verdiyim layihənin indi əleyhinə çıxmaq istəmirəm. Bu, etik də olmaz.

Amma rəngli şəkildə görünür ki, medalın üzərində bayraq düz asılmayıb. Nazirlər Kabinetinin bayrağın asılması haqda qərarı yanlışdır, bu medalda da bayraq həmin yanlış qərara uyğun asılıb. Xahiş edirəm, Milli Məclis özü bu dəyişikliyi etsin. Mən bu məsələnin əleyhinə səs verəcəyəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
529 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...