Lukaşenko 14 namizədlə mübarizə aparacaq

Lukaşenko 14 namizədlə mübarizə aparacaq
Belarus Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə namizədlərin irəli sürülməsi üzrə 10 təşəbbüs qrupunu qeydiyyatdan keçirib.

Axar.az xəbər verir ki, mayın 15-də MSK təqdim olunan sənədlərin bir hissəsinə baxaraq on qrupa rədd cavabı vermiş, dörd qrupu, o cümlədən hazırkı Belarus lideri Aleksandr Lukaşenkonun təşəbbüs qrupunu qeydiyyatdan keçirmişdi. Mayın 19-da isə komissiya namizədlik üzrə yalnız bir təşəbbüs qrupunu qeydiyyata alıb, 22-nin qeydiyyatından isə imtina olunub.

Beləliklə, təşəbbüs qruplarının qeydiyyat mərhələsindən sonra avqustun 9-da keçiriləcək prezident seçkilərində 15 namizədin mübarizə aparacağı məlum olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
54 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...