Gürcüstanda yeni siyasi partiya yaradılıb

Gürcüstanda yeni siyasi partiya yaradılıb
Gürcüstanda “Bizim Gürcüstan – Həmrəylik Alyansı” adlı yeni siyasi partiya təsis olunub.
“Report”un yerli bürosu xəbər verir ki, siyasi təşkilatın qurucuları parlamentin “Müstəqil deputatlar” fraksiyasının üzvləridir.
Partiyanın baş katibi vəzifəsini Mariam Caşi, sədr vəzifəsini isə Beka Natsvlişvili tutub.
Siyasi birlik bu ilin oktyabrında keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir.
Təsisçilərin sözlərinə görə, “Bizim Gürcüstan – Həmrəylik Alyansı” qərarların liderlər komandası tərəfindən qəbul ediləcək yeni tip partiya olacaq.
Qeyd edək ki, “Müstəqil deputatlar” fraksiyası 2019-cu ilin noyabrında yaradılıb. Müxalif mövqeli fraksiyada hakim Gürcü Arzusu Partiyasının rəhbərlik etdiyi parlament çoxluğunu müxtəlif vaxtlarda tərk edən 6 deputat təmsil olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...