“Polisin Yasamaldakı davranışı qanunvericiliyə uyğundur” - Əli Hüseynli

 “Polisin Yasamaldakı davranışı qanunvericiliyə uyğundur” -
“Azərbaycan vətəndaşları bütövlükdə qəbul olunan karantin rejiminə, həqiqətən də, ciddi riayət edirlər. Müşahidələrim göstərdi ki, bütün Azərbaycan ərazisində vətəndaşlarımız qanuna böyük hörmət nümayiş etdirdilər”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yeni TV”yə müsahibəsində deyib.

Deputat Yasamal hadisəsinə də münasibət bildirib: “Burada dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir. Daxili işlər orqanları qanunla öz üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Çünki həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir. Digər epizodda isə biz vətəndaşa münasibətdə polis nümayəndəsinin etik davranış qaydalarından kənar davranışını da müşahidə etdik. Bir tərəfdən də vətəndaşın qanun pozuntusunu müşahidə etdik. Nəticələr çox qısa zaman çərçivəsində araşdırıldı. Məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyır, etik davranış qaydasını pozan polis nümayəndəsi ilə də bağlı daxili işlər orqanları rəhbərliyi qısa zaman çərçivəsində tədbirlər gördü”.

Ə.Hüseynli bildirib ki, polisin tutma, saxlama ilə bağlı həyata keçirdiyi tədbirlər qanunvericilikdə nəzərdə tutulub: “Tam qanunauyğun olaraq bu tədbirlər həyata keçirilib. Xanım vətəndaşla davranışda isə etik davranış qaydasının pozulması müşahidə olunub. Buna da adekvat reaksiya verilib. Hesab edirəm ki, biz bu məsələdə günahkar axtarışında olmalı deyilik. Bu, bir epizodik haldır. Burada qaydanı pozan hər iki tərəfdən şəxslər müəyyən olunub və tədbirlər görülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...