Tsarukyan ona qarşı baş verənləri “terror” adlandırdı

Tsarukyan ona qarşı baş verənləri “terror” adlandırdı

“Səhv qərar qəbul edənlər buna görə cavab verəcəklər, hamı qanun qarşısında bərabərdir”.

Bunu “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan deyib.

Tsarukyan əlavə edib ki, indiyədək dediyi sözün sahibidir: “Dediklərimin heç biri öz xeyrim və maraqlarım üçün deyil. Təzyiqə baxmayaraq, sözümü tuturam. Hər halda ədalət qalib gələcək. Düzgün olmayan qərar qəbul edənlər bunun cavabını verəcəklər. Ancaq bu, uydurma bir işdir".

Onun sözlərinə görə, barəsindəki iki işə 120 müstəntiq cəlb olunub və partiya sədri bunun bir terror olduğunu vurğulayıb.

Tsarukyan əlavə edib ki, Paşinyanı tənqid edən açıqlamasına qədər barəsində hər hansı bir istintaq hərəkəti olmayıb. O, hakimiyyətin verdiyi sözlərə əməl etmədiyini və ölkənin uçurumun kənarında olduğunu vurğulayıb.

Qeyd edək ki, Tsarukyan 2017-ci il parlament seçkiləri zamanı seçicilərə rüşvət verməkdə ittiham olunur. O özü bu ittihamı qəbul etmir və uydurma hesab edir.

Azvision.az xatırladır ki, iyunun 16-da Ermənistan parlamenti Tsarukyanı parlament toxunulmazlığından məhrum edib və barəsində cinayət təqibinin başladılmasına razılıq verib. Səsvermədə yalnız hakim "Mənim addımım" blokunun üzvləri iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...