“Yeni davranış qaydalarını mənimsəyib, ona riayət etməklə koronavirusa qalib gələ bilərik” - Ülvi Quliyev

“Yeni davranış qaydalarını mənimsəyib, ona riayət etməklə koronavirusa qalib gələ bilərik” -

Koronavirus epidemiyasına yoluxmamanın ən doğru yolu yeni davranış qaydalarını mənimsəyərək onlara riayət etməkdən keçir.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkili bildirib ki, COVİD-19 virusunun hələ bundan sonra nə qədər davam edəcəyi barədə heç kim heç nə bilmir. “Bilinən odur ki, virus davam edəcək. Son zamanlarda isə karantin rejiminin yumşalması ilə əhali arasında virusa yoluxma halı daha da sürətlənib. Bu tendensiya bütün dünyada müşahidə olunmaqdadır. Odur ki, belə olan şəraitdə bu yolxucu infeksiyadan ən yaxşı qoruyucu elə insanlar özləri olmalıdır. Artıq koronavirus pandemiyasından qorunma ilə bağlı tətbiq edilən qaydalar hər birimizin gündəlik davaranış qaydasına və müvəqqəti də olsa bir həyat tərzinə çevrilməsindən keçir. Yəni hər birimiz qoruyucu vasitələr, masakalar, gigiyenik qaydalar, sosial məsafəni qorumaq və sair bu kimi əməllər bizim gündəlik davranış qaydalarımıza daxil olmalıdır. Əks təqdirdəheç bir məhdudlaşdırıcı tədbirlər koronavirusa yoluxmadan xilas edə bilməyəcək”- deputat bildirib.
Deputat hesab edir ki, qaydalara ciddi əməl etməklə biz bu bəladan xilas ola bilərik: “Çünki hökumət yoluxma halının minimum endirilməsi, yoluxan şəxslərin müalicəsi və sair istiqamətdə zəruri addımlar atır. Ancaq bütün məsələni hökumətin və ya dövlətin üzərinə atmaq yanlış hərəkətdir. Sağlamlığımızın keşiyində ilk növbədə özümüz durmalıyıq. Bunun üçün vətəndaş məsuliyyəti nümayiş etdirməliyik. Təkcə özümüz qaydalara əməl etməməliyik, eyni zamanda ətrafımızdakıları da bu qaydalara riayət etməyə təşviq etməliyik. Ancaq insanların bir-birini bu qaydalara əməl etməyə sövq etmək yolu ilə üzləşdiyimiz bəladan daha az itki və qısa zamanda qurtara bilərik. Normal həyatı bərpa edə bilərik. Cənab Prezident də bütün çıxışlarında ölkə vətəndaşlarına müraciət edərək, vətəndaş məsuliyyəti, nizam-intizamı nümayiş etdirməyə dəvət edir. Özü də cəmiyyətə nümunə olaraq qaydalara əməl edir. Biz bir olarıqsa, o zaman bu bəladan xilas ola bilərik”.
Qaydaların sərtləşdirilməsinə gəldikdə isə deputat Ülvi Quliyev bildirib ki, atılan bütün insanların sağlamlığının müdafiəsinə və üzləşdiyimiz bəladan daha az itki ilə çıxmağa xidmət edir: “Amma bir daha təkrar edirəm ki, birtərəfli qaydada atılan addımlar lazımi effekt verə bilməz. Nə qədər çətin olsa da, bu, o zaman effekt verəcək ki, insanlarımız qaydalara ciddi riayət edəcək və bu qaydaları özlərinin bir həyat və davranış tərzinə çevirəcəklər. Dövlət, hökumət nə qədər təsirli tədbirlər həyata keçirsə və o tədbirlər insanlar tərəfindən əməl olunmayacaqsa, məsuliyyətsizlik nümayiş etdiriləcəksə nəticəsi olmayacaq. Gəlin bir olub, qaydalara əməl etməklə bəlaya qalib gələk. Tez bir zamanda pandemiyadan öncəki normal həyata dönək!”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...