MSK-nın yeni tərkibi niyə formalaşdırılmır? - Siyavuş Novruzov açıqladı

MSK-nın yeni tərkibi niyə formalaşdırılmır? -
Yeni parlament formalaşsa da, Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi hələ də formalaşmayıb.

YAP icra katibinin müavini, Milli Məclisin Regioanl məsələlər komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a açıqlamasında hazırda məsələnin gündəmdə olmadığını bildirib:

“Hazırda ölkədə COVID-19 pandemiyası səbəbindən toplantıların, tədbirlərin keçirilməsi dayandırılıb. Güman ki, MSK-nın tərkibinin dəyişdirilməsinə Milli Məclisin payız sessiyasında baxıla bilər”.

Siyavuş Novruzov qeyd edib ki, Mərkəzi Seçki Komissiyasının tərkibi partiyalara uyğun şəkildə qurulmalıdır:

“6 nəfər çoxluğu, 6 nəfər azlığı, 6 nəfər isə bitərəfləri təmsil etməlidir. Məhz onlarla razılıq əsasında proses həyata keçirilməlidir”.

Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir. MSK üzvləri Milli Məclis tərəfindən seçilir. Seçki Məcəlləsinə əsasən, Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
598 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...