Ağazadə ilə Arifoğluna görə istefa verən DSK sədri koronavirusa yoluxdu

Ağazadə ilə Arifoğluna görə istefa verən DSK sədri koronavirusa yoluxdu

Sonuncu parlament seçkilərində Ümid Partiyasının sədri İqbal Ağazadə ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun mübarizə apardığı 35 saylı dairənin keçmiş sədri İmran Hüseynəliyev koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, sabiq DSK sədri hazırda paytaxtdakı xəsətəxanaların birində müalicə olunur.

Qeyd edək ki, İmran Hüseynəliyev sabiq polis rəisidir. Daxili işlər orqanlarından təqaüdə çıxandan sonra 35 saylı DSK-nın sədri olub. Parlament seçkilərində İqbal Ağazadə ilə Rauf Arifoğlu arasında qarşıdurma gücləndiyi üçün səhhətində problemlərin yarandığını əsas gətirərək, bu il yanvarın 27-də vəzifəsindən istefa vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
700 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...