Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir - Rusiya XİN

Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir -

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan – Ermənistan sərhədində gərginliyin kəskin artmasından ciddi narahatlığını ifadə edir.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı açıqlamada bildirilir.

“Aldığımız məlumata görə döyüşlər davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk. Regionun təhlükəsizliyinə təhdid olan bu gərginliyi yolverilməz hesab edir, qarşıduran tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.

Rusiya XİN həmçinin vəziyyəti sabitləşdirmək üçün müvafiq dəstək verməyə hazır olduqlarını da bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
503 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...