Milli Şura və ermənilərin ortaq fəaliyyəti... - Anti-dövlət, anti-Əliyev tezisləri...

Milli Şura və ermənilərin ortaq fəaliyyəti... -
Təqdimatsız - filansız mətləbə keçirəm..

Son günlər , Tovuzla sərhəddə döyüşlərin getdiyi bir vaxtda, müxalifətin ( əsasən, AXCP və Milli Şuranın) anti-dövlət, anti-Əliyev təbliğatı 4 tezisə istiqamətlənib.

Həmin tezislər hansılardır?

1.”Paşınyan və onun ailəsi çox təmiz adamlardır”...

İfadə Milli Şuranın sədri Cəmil Həsənlinindir.

Tarixi, ideologiyası, dövləti yalan, riyakarlıq və xəyanət üzərində dayanmış bir toplumun yalan rəhbəri, kirli bir məxluq necə təmiz ola bilər?

“Ermənistan gün-gündən demokratik imicini möhkəmləndirir”, deyən kəsin milli kimliyi ciddi müzakirə predmetidir.

İşğalçı dövlət və onun təmsilçisi heç bir halda Azərbaycana nümunə göstərilə bilməz.

“Paşinyan demokratik yolla hakimiyyətə gəlib”, deyən zehniyyət sahibinin haradan gəldiyi, haradan çıxdığı xüsusi təhqiqat mövzusudur.

2. ”Azərbaycan ordusu bir qarış torpaq azad etmədən şəhid verib”...

Sevinc Osmanqızının və Əli Kərimlinin şərikli müəllifliyi ilə...

Vurğuya diqqət yetirin.

Bu, o demək ki, general Polad Həşimovla birlikdə 12 həmvətənimiz heç nədən, sadəcə, elə belə, vəfat ediblər.

Bu, birbaşa şəhidlərimizin ruhuna həqarətdir, onların göstərdikləri şücaəti aşağılamaqdır.

Bir qarış torpağı azad edib həlak olan əsgərlə, bir ovuc torpağın müdafiəsi uğrunda həyatını itirən əsgərin, polkovnikin, generalın heç bir fərqi yoxdur, hər ikisi qəhrəmandır.

Hər ikisi şəhiddir.

3. ”Azərbaycan Müdafiə nazirliyindən ermənilərin verdiyi itkilərlə bağlı deyilən rəqəmlər şişirtmədir, həqiqətə uyğun deyil...”

Bu işi AXCP sədri çox həvəslə görür .

Müdafiə Nazirliyinin sözü ağzında tamamlanmamış AXCP-dən, Milli Şuradan dərhal təkzib gəlir: yalandır, uydurmadır...

“Bizimkilərin” kəraməti sayəsində Ermənistan müdafiə nazirliyinin informasiya savaşında özünü müdafiə etməyinə elə bir ehtiyac qalmır.

4. “Azərbaycan ordusunun silahları köhnədir, mərmilər hücum əməliyyatlarına yaramır...” Müəllif Gültəkin Hacıbəylidir.

Bu, açıq-aşkar erməni tərəfə mesaj ötürməkdir, yəni, çəkinməyin, qorxmayın.

Adətən, müharibə vəziyyətində olan ölkədə beləsi haqqında cinayət işi açılmalıdır.

Əlavə şərh ünün yer qalmır.

Dörd tezisin hər biri, sanki erməni təbliğat maşınının eninə - boyuna biçilibdir...

Mən heç kimi heç kimlə ,heç nəyi heç nə ilə müqayisə etmirəm.

Hər cür müqayisə qüsurlu görünə bilər.

Meğridə ,rayon camaatının “raykomun qabağı” dediyi parkda iki böyük çinar vardı.

Bəlkə də o ağacların yaşı 4-5 əsri çoxdan keçibdir.

Ağaclardan birinin gövdəsində yaranmış iri oyuqda əksəriyyətin “zibil Valod” kim tanıdığı erməninin təsərrüfatı, iri beli , vedrəsi, işçi paltarı yerləşirdi.

“Zibil Valod” kommunxozun işçisiydi.

Vəzifəsi məhlələri süpürüb, zibili maşınına yükləməkdən ibarət idi.

Amma azərbaycanlılar yaşayan məhəllələrə tərəf dönüb baxmazdı və deyirdi: “Türkün zibilini təmizləmək mənəmi qalıb?”.

Milli məsələlərdən söz düşərkən, rəhmətlik atam böyük kədər hissi ilə deyirdi ki, çox təəssüf, “zibil Valod”da olan milli təəssübkeşliyin mində biri bizim bəzi alimlərimizdə yoxdur...

Düşməni təmizə çıxarıb, ermənin zibilinə sahib çıxan azərbaycanlıların hekayəsini hansı kitaba yazasan...

Kimdir əsil azərbaycanlı?

Azərbaycanda doğulan, Azərbaycan dilində danışan, yazan ? Yoxsa kim? ..

Cəmil Həsənlinin “Azərbaycanda mili məsələ: siyasi rəhbərlik və ziyalılar 1954 -1959” kitabında çox ibrətamiz bir epizod var var:

“1979 cu ilin martın 31 də Azərbaycan Demokratik firqəsinin rəhbərliyi ilə görüşən Heydər Əliyev cənubi Azərbaycan məsələsi ilə bağlı dedi: - Burada milli məsələyə toxunuldu. Azərbaycanın muxtariyyəti haqqında mülahizələr söylənildi...

Təbrizdə çıxış edərkən Bazarqan (həmin dövrdə İranın baş naziri Mehdi Bazarqan nəzərdə tutulur) etiraf etdi ki, pis azərbaycanlıdır, cünki o ana dilini bilmir. Məgər əsas məsələ budurmu? Mühüm olan özünün milli kimliyini anlamaqdır, milli ruhu saxlamaqdır...”

Milli kimliyini anlamdan , mili ruhu saxlamadan siyasi fəaliyyət göstərənlər öz millətinə heç vaxt fayda verə bilməz!

Və uğur qazanmaz!

Alqış Həsənoğlu



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
505 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...