“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi” İbrahim Kalın

 “Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi”
“Burada işğalçı olan Ermənistandır. Hörmətli Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “CNN Türk”ə müsahibəsində deyib.

“Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Amma bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”, - deyə İ. Kalın vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
597 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...