Putin Lukaşenkonu təbrik edib

Putin Lukaşenkonu təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya lideri Lukaşenkoya müvafiq təbrik teleqramı göndərib.

“Ümid edirəm ki, sizin dövlət fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı faydalı şəkildə Rusiya-Belarus münasibətlərinin daha da inkişafına, Avrasiya İqtisadi Birliyi və MDB, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin dərinləşməsinə kömək edəcəkdir. Bu, şübhəsiz ki, Rusiya və Belarus qardaş xalqlarının fundamental maraqlarına cavab verir ", - deyə teleqramda vurğulanıb.

Qeyd edək ki, bazar günü Belarusda prezident seçkiləri keçirilib. İlkin nəticələrə görə, Lukaşenko 80,23% səs toplayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
719 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...