Rusiyanın daha bir biabırçı ifşası, Paşinyanın yeni baş ağrısı

Rusiyanın daha bir biabırçı ifşası,

Rusiya Federasiyasının hakimiyyəti sanki qətiyyətlidir, görünür, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın “RBK” telekanalının efirində “tökdüyü” “göz yaşlarına” inanmırlar. Bir neçə həftə əvvəl, Rusiyanın ən populyar telekanallarından olan RT-nin direktoru Marqarita Simonyan, Ermənistan hakimiyyətinin ona qarşı “feyk” ordusunu işə saldığını və anti-Rusiya siyasəti yürütdüyünü açıqlamışdı. Bu açıqlamadan qısa müddət sonra, faktiki olaraq onun əri Tiqran Keosayan Simonyanın sözlərini təsdiqləyən bir açıqlama verib.

O, bu yaxınlarda sosial şəbəkədəki səhifəsində yazmışdı: “Bu gün “Bağramyan 26” kanalının gizliliyini açacağıq. Sayt rəhbərini tanıdaq: Qor Hayki Aleksanyan, 19 iyun 1990-cı il təvəllüdlü, erməni siyasi şərhçi, Rusiya Dövlət Humanitar Universitetinin Postsovet Xarici Ölkələr kafedrasında keçmiş aspirant. Bu gənc təcili olaraq Ermənistana göndərilməlidir və 50 il ərzində Rusiyaya girişi qadağan edilməlidir. Qoy düşünsün”.

“Politik.am” nəşri yazır ki, Rusiya xüsusi xidmət orqanlarının Keosayan-Simonyan cütlüyü vasitəsi ilə açıqlamalar verməsi göz qabağındadır.

“Sözügedən teleqram kanalının koordinatorunu ortaya qoymaqla, Ermənistan hakimiyyətinin bütün addımlarını bildiklərini, lakin müttəfiq münasibətləri korlamamaq üçün səssiz qaldıqlarını və indi oyun kartlarını açmaq məcburiyyətində olduqlarını göstərirlər.

“Bağramyan 26” kanalı Rusiya Federasiyası hakimiyyətinə qarşı ən çirkin təbliğat aparıb. Bu kanal Paşinyan hökumətinin anti-Rusiya məlumatlarının yayılmasında əsas aləti olub. Artıq Qor Aleksanyanın Rusiyaya girişinə qadağa qoyulduğu da məlum olub.

Məlumata görə, Rusiya Federasiyasında və Ermənistanda yaşayan teleqram kanalının sponsorlarının da problemləri yaranacaq. Rusiya vətəndaşı olmayan iş adamlarının Rusiyaya girişi qadağan ediləcək və rus iş adamlarının yerli hüquq-mühafizə orqanları ilə problemləri olacaq.

Beləliklə, deyə bilərik ki, Rusiya hökumətin təbliğat vasitəsini bağlayır və bu kanalın sponsorlarını cəzalandırır. Bu anti-Rusiya platformasının sponsorluq sayəsində fəaliyyətindən xəbərdar olan Nikol Paşinyanın da problemlərlə üzləşəcəyi aydındır”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...