Slovakiya rus diplomatları qovdu, ABŞ alqışladı

Slovakiya rus diplomatları qovdu, ABŞ alqışladı

ABŞ casusluqda şübhəli bilinən üç rus diplomatını ölkədən çıxaran Slovakiya hökumətinin hərəkətlərini alqışlayır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus məlumat verib.

“ABŞ Slovakiyanın suverenliyinə qarşı xaricdən gələn təhdidlərdən qorunmaq üçün son hərəkətlərini alqışlayır.

Slovakiya Xarici İşlər Nazirliyi Rusiyanın siyasi motivli cinayət əməllərinə nə slovak torpağında, nə də Avropada dözməyəcəyini açıq şəkildə bildirib”, - deyə Ortaqus qeyd edib.

Qeyd edək ki, Slovakiya hökuməti casusluqda şübhəli bilinən üç rus diplomatının ölkədən deportasiya olunması ilə bağlı qərar verib. Diplomatlar bu həftənin sonuna qədər Slovakiyanı tərk etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
536 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...