ABŞ Belarusdakı seçkilər haqda - "Seçki nəticələrinin ədalətli olduğuna şübhəmiz var”

ABŞ Belarusdakı seçkilər haqda -

“Belarusda baş verənləri görürük, bu ölkədəki seçki nəticələrinin ədalətli olduğuna şübhəmiz var”.

“Report” xəbər verir ki, bunu Çexiyanın baş naziri Andrey Babiş ilə görüşdən sonra keçirilən mətbuat konfransında ABŞ-ın Dövlət katibi Mayk Pompeo deyib.

“Belaruslar azadlıq və demokratiya istəyirlər, onlar buna layiqdirlər. Vətəndaş aktivistlərinə öz fikirlərini azad bildirmək haqqı verilməli və onlar polisin qəddar hərəkətlərindən müdafiə olunmalıdırlar”, - M.Pompeo əlavə edib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
304 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...