İspaniyadakı səfiri də Lukaşenkodan imtina etdi

İspaniyadakı səfiri də Lukaşenkodan imtina etdi

Belarusun daha bir fövqəladə və səlahiyyətli səfiri Aleksandr Lukaşenkonun prezident seçilməsini şübhə altına alıb.

Cebhe.info-nun məlumatına görə, Belarusun İspaniyadakı səfiri Pavel Pustovoy həmvətənlərini prezident seçkilərində səsvermənin nəticələrini yenidən saymağa və zorakılığa görə həm təhlükəsizlik qüvvələrindən, həm də etirazçılardan günahkar olanları mühakimə etməyə çağırıb. Pustovoyun bəyanatı səfirliyin "facebook" səhifəsində yerləşdirilib. Səfirin sözlərinə görə, XXI əsr Avropa dövlətində yolverilməz olan vəziyyəti sülh yolu ilə həll etmək üçün ilk növbədə, səsvermənin nəticələrini yenidən hesablamaq lazımdır. İkincisi, dinc nümayişçiləri döyənlərə, təhlükəsizlik qüvvələrini qəddarlığa təhrik edənlərə, daş və armaturla birinci hücum edənlərə qarşı açıq məhkəmələr keçirmək lazımdır.

"Əsassız tutulanları təhqir etdilər, polis nümayəndələrinə avtomobillə hücum etdilər, hadisələrdə iştirak edənlərin qohumlarını və dostlarını hədələdilər"-səfir qeyd edib.

Xatırladaq ki, Belarusun Slovakiyadakı səfiri İqor Leşenya müxalifətin mitinqinə dəstək məqsədi ilə istefa verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...