“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov

“Aldanmaq adamı məsuliyyətdən azad etmir” -

Hesab edirəm ki, bu addım Siyavuş Novruzovun öz davranışına adekvat reaksiyasıdır.

Gundeminfo.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Elman Nəsirov həmkarı Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini vəzifəsindən istefa məktubu yazmasına münasibət bildirərkən deyib. Elman Nəsirovun sözlərinə görə, indiki halda məlum toy qalmaqalı fonunda baş verənlər çox böyük rezonansa səbəb olub:

“Siyavuş müəllim təcrübəli siyasətçidir. Vəzifədən istefa verməklə bağlı addımı yəqin ki, ölçüb-biçdikdən sonra atıb. Onun müraciətindən belə bəlli oldu ki, Ramiz Mehdiyev Siyavuş müəllimi aldadıb. İstənilən halda aldanmağın özü də məsuliyyətdən azad etmir. Aldadan tərəfin özü də məsuliyyət daşıyır. Həmin aldadan tərəfin özü də adekvat cəza ilə üz-üzə qala bilər. Eyni zamanda aldanılan tərəf də cəzalanıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
614 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...