YAP Siyavuş Novruzovun adını siyahıdan ÇIXARDI

YAP Siyavuş Novruzovun adını siyahıdan

Milli Məclisin deputatı Siyavuş Novruzov məlum toy qalmaqalına görə dünən hakim Yeni Azərbaycan Partiyasında (YAP) tutduğu vəzifədən - İcra katibinin müavini postundan istefa verib.

"BakuPost" xəbər verir ki, Siyavuş Novruzovun adı bu gün YAP-ın saytındakı İcra katibliyi bölməsindən çıxarılıb.

Bu o deməkdir ki, patiya rəhbərliyi S.Novruzovun istefasını qəbul edib.

Hazırda YAP-ın rəsmi saytındakı İcra katibliyi bölməsində 9 nəfərin adı qeyd olunub.

Xatırladaq ki, S.Novruzov Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə YAP ona töhmət verib. Daha sonra isə deputat xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...