“Türkiyənin həmsədrliyə gətirilməsi...” - Hikmət Hacıyevdən

“Türkiyənin həmsədrliyə gətirilməsi...” -
Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi işğalçı Ermənistanı silahlandırması fonunda həmsədr dövlətlərin tərkibinin genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib.

Azərbaycan Minsk Qrupu üzvlərinin toplanmasını və danışıqlar formatının dəyişdirilməsi imkanlarını müzakirəyə çıxara bilərmi?

Yenisabah.az xəbər verir ki, Minsk qrupunun həmsədr dövlətlərin tərkibinin dəyişdirilməsi, Türkiyənin həmsədrliyə gətirilməsi məsələsinin mümkün olub-olmadığını Teleqraf.com-a şərh edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Minsk qrupunun tərkibində olan 11 dövlətdən birinin Türkiyə olduğunu xatırladıb.

"Sadəcə olaraq bizim istəyimiz ondan ibarətdir ki, Minsk Qrupunun tərkibində olan bütün dövlətlərin prosesdə daha da aktiv iştirak etməsi üçün şərait yaradılmalı və tam tərkibdə görüşü keçirilməlidir", - deyə Prezidentin köməkçisi qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
620 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...